Corc Vaşinqton Universitetində təqdimat

ABŞ-ın Corc Vaşinqton Universitetinin Elliot adına Beynəlxalq Əlaqələr Məktəbində Mərkəzi Asiya Araşdırmaları Cəmiyyətinin 16-cı illik konfransı keçirilib. Konfrans çərçivəsində muğam üzrə məşhur amerikalı mütəxəssis Cefri Verbokun “Muğamın sehri: Azərbaycanın sirli musiqisi” mövzusunda təqdimatı olub.
Təqdimat ənənəvi Azərbaycan muğamına əsaslanan, ud, tar və kamança ilə ifa olunan instrumental solo improvizasiyanı, habelə Azərbaycan muğamının nəzəriyyəsi və tarixi haqqında mühazirəni, musiqi ifaçılığı incəliklərini əhatə edib.
Tələbə, akademik və musiqi nəzəriyyəçilərindən ibarət auditoriyanın qarşısında çıxış edən C.Verbok 40 illik tədqiqat təcrübəsindən və muğam ifasından danışıb.
Xatırladaq ki, Cefri Verbok ABŞ-ın tanınmış musiqiçilərindən biridir. O, Azərbaycan musiqisinə hələ 1971-ci ildə vurulub və ömrünü onun təbliğinə həsr edib. Tədqiqatçı ABŞ-ın və dünyanın digər ölkələrinin muzeylərində, kolleclərində, universitetlərində və ictimai mərkəzlərində dəfələrlə konsert verib və mühazirələr oxuyub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar