Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Zülfüqar oğlu Adıgözəlovun (1935-2006) anadan olmasının 80 ili tamam olur.

"Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2015-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən 26-31 oktyabr tarixində bəstəkara həsr olunmuş musiqi festivalı keçiriləcək. Festivalın ilk günündə Azərbaycan Bəstəkarlar İttifaqında "Vasif Adıgözəlov - 80" adlı elmi konfrans və kamera konserti təşkil olunacaq.
27 oktyabrda Azərbaycan Milli Konservatoriyasında "Vasif Adıgözəlovun yaradıcılıq irsi" adlı konsert keçiriləcək. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (dirijor - Ağaverdi Paşayev) çıxış edəcək.
Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində "Vasif Adıgözəlovun mahnı çələngi" adlı konsert proqramı təqdim olunacaq.
29 oktyabrda isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Vasif Adıgözəlova ithaf" adlı musiqi axşamı olacaq. Konsertdə "Bakı sinfonietta" orkestri (dirijor - Cavad Tağızadə) çıxış edəcək.
Oktyabrın 30-da Azərbaycan Dövlət Filarmoniyasında Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (dirijor - Yalçın Adıgözəlov) çıxış edəcək.
Festivalın son günü, oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın "Natəvan" operasının tamaşası olacaq. Teatrda 2003-cü ildə səhnələşdirilən operada Natəvan obrazını ilk olaraq Xalq artisti Xuraman Qasımova ifa edib. Operanın libretto müəllifi Nazim İbrahimovdur. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərov, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirovdur.
Yubiley tamaşasında teatrın aparıcı solistlərindən Əməkdar artist Zemfira İsmayılova (Natəvan), xalq artistləri Azər Zeynalov (Xasay bəy), Şahlar Quliyev (Qasım bəy Zakir), Mənsum İbrahimov (Xanəndə oğlan), Nəzakət Teymurova (Xanəndə qız) və başqaları çıxış edəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar