Oktyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, Prezident təqaüdçüsü, professor, mahir kaman ifaçısı Fəxrəddin Dadaşovun 65 illik yubileyi qeyd olunub.
Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Fəxrəddin Dadaşovu təbrik edib, onun yaradıcılıq yolu, Azərbaycan ifaçılıq sənətində xidmətlərindən söz açıb.
Yubiley mərasimində Xalq artisti, tarzən, professor Zamiq Əliyev və digər çıxış edənlər ifaçının həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində konservatoriyanın professor və müəllimləri - xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əməkdar artist Firuz Səxavət, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Mehri Əsədullayeva öz ifaları ilə yubilyarı təbrik ediblər.
Sonda Fəxrəddin Dadaşov yubiley tədbirinin təşkilinə görə təşəkkürünü bildirib. Yubilyarın ifasında Hacı Xanməmmədovun "Yaşa, könül" mahnısının səslənməsi ilə tədbirə yekun vurulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar