Kanadanın Toronto şəhərində Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, pianoçu, professor Firəngiz Əlizadənin ikigünlük konserti keçirilib. “Oyan!” adlı konsert Toronto şəhərində fəaliyyət göstərən “Saşar Zərif Rəqs Teatrı”nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərifin, “Ağaxan muzeyi”nin və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.
Səfirlikdən bildirilib ki, konsertin əvvəlində Firəngiz Əlizadə pianoda solo ifa edib. Sonra gənc muğam ustası Mirələm Mirələmov, “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimində çıxış etmiş kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə bəstəkarın “Oyan!” əsərinin səhnə təqdimatı olub. Əsərdə Saşar Zərif Azərbaycan musiqisinin sədaları altında milli rəqslərimizi ifa edib. Həmçinin konsert zamanı “Oyan!” əsərinin yaranması haqqında qısa sənədli film göstərilib.
Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyətini və muğam ənənələrini Kanadada təbliğ etmək olub. Ölkəmizin Kanadadakı səfirliyinin konsulu Faiq Babayev Firəngiz Əlizadəyə təşəkkür diplomu təqdim edib.
İki gün davam edən konserti Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı sənətsevərlər və media nümayəndələri izləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar