Tokionun Vaseda Universitetində Azərbaycan musiqisi axşamı təşkil olunub. Universitetin professoru Hiroaki Mohri ali məktəbin tələbələrinin Azərbaycana səfərə hazırlaşdığını bildirib. Qeyd edib ki, tələbələr paytaxt Bakı ilə yanaşı, Quba və Qusar rayonlarında olacaq, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin tələbələri ilə fikir mübadiləsi aparacaqlar.
Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Azuma-Səfərova tələbələrə Azərbaycan milli musiqisi haqqında mühazirə oxuyub. Qeyd edib ki, Azərbaycan milli musiqisinin əsasında muğam və aşıq musiqisi dayanır. Hər iki sənət növü qədimliyi ilə fərqlənməklə yanaşı, həm də ətraf regionda böyük populyarlığa malikdir. Azərbaycan muğamının və aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi xüsusi vurğulanıb. Bildirilib ki, Şərqdə ilk opera musiqisinin yaradıldığı Azərbaycanda klassik musiqinin əsasında da muğam və aşıq musiqisi dayanır. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. G.Azuma-Səfərovanın pianoda ifa etdiyi Azərbaycan musiqisi nümunələri maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar