Xalq artisti, dünya şöhrətli sənətkar Alim Qasımov haqqında Meksikanın ən nüfuzlu radiosu olan “Codigo DF: Radio Cultural en Linea”də veriliş hazırlanıb. Həmin verilişdə xanəndə haqqında geniş söz açılıb və sənətkarın oktyabrın 19-dan 23-dək Meksikada verdiyi silsilə konsertlərdəki ifalarından istifadə edilib.
Konsertin təşkilatçısı olan “Discos Corason S.A.” şirkəti Alim Qasımovu “Ənənəvi musiqi - ən yaxşı konsert” nominasiyasında “Lunas del Auditorio” musiqi mükafatına namizədliyini irəli sürüb.
Qeyd edək ki, sənətkar bugünlərdə Norveçin paytaxtı Osloda dünya musiqi festivalında iştirak edib. Müxtəlif ölkələrdən 300-dən çox musiqiçinin qatıldığı festivalda Azərbaycan musiqisi ilk dəfə səslənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar