Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 25-də başlanan Bakı Beynəlxalq Caz Festivalı başa çatıb.
Oktyabrın 30-da Heydər Əliyev Sarayında amerikalı saksafonçu Çarlz Lloyd öz kvarteti ilə çıxış edib. Konsertdə klassik və müasir caz kompozisiyaları ifa olunub.
Saksafonçu və fleytaçı Çarlz Lloyd karyerasının əvvəlində etnik musiqi və akustik cazın sintezi ilə məşğul olub. 1966-cı ildə yaratdığı kvartetlə 40-dan çox ölkədə konsertlər verib. Həmin il Montre caz festivalında canlı olaraq yazdırılan albomu "qızıl" statusu qazanıb və bir milyondan artıq tirajla satılıb. Çarlz Lloyd 70-ci illərdə musiqi səhnəsini tərk edib. 1981-ci ildə keçirdiyi kliniki ölümdən sonra musiqiyə qayıdıb. 77 yaşlı musiqiçi bu il “Jazz Masters Award” mükafatına layiq görülüb.
Oktyabrın 31-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar artist, məşhur pianoçu, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyabın konserti olub. Pianoçunun ifasında müxtəlif caz kompozisiyaları böyük maraqla qarşılanıb.
Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində azərbaycanlı cazmen Elçin Şirinov, ayın 2-də isə Dövlət Tahnı Teatrında teatrın estrada simfonik orkestri maraqlı konsert proqramları təqdim ediblər.
Festivala noyabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında Kamerun əsilli Niderland musiqiçisi Ntjam Rosienin konserti ilə yekun vurulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar