Avstriyanın Zalsburq şəhərində ikinci dəfə “Zalsburq ulduzu” adlı beynəlxalq musiqi müsabiqə-festivalı keçirilib. Müsabiqədə ölkəmizi Tofiq Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbinin VI sinif şagirdi Ayan Məmmədli təmsil edib. O, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovanın sinfində təhsil alır.
A.Məmmədli dahi bəstəkar V.A.Motsartın doğulduğu şəhərdə keçirilən müsabiqədə Azərbaycan bəstəkarı Q.Qarayevin prelüdü ilə yanaşı, Avstriya bəstəkarları K.Çerni - F.Şubertin variasiyasını, həmçinin N.Kapustinin prelüdünü ifa edib. Dünyanın bir çox tanınmış pianoçularının ifa etdiyi N.Kapustinin bu əsəri respublikamızda ilk dəfə 13 yaşlı Ayan Məmmədli tərəfindən səsləndirilib.
Müsabiqədə A.Məmmədlinin ifası münsiflər heyəti, həmçinin bütün iştirakçı və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Nəticədə azərbaycanlı gənc pianoçu “Zalsburq ulduzu” müsabiqəsinin ən ali mükafatına, Qran-priyə layiq görülüb.
Qeyd edək ki, Ayan Məmmədli müxtəlif illərdə keçirilmiş bir sıra beynəlxalq müsabiqələrdə iştirak edərək laureat adını qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar