Muğam və xalq mahnılarımızı məlahətli səsi ilə dinləyicilərə sevdirən sənətçi, Əməkdar artist Nuriyyə Hüseynova Naxçıvan Dövlət Filarmoniyasında ustad dərsi keçib. Ustad dərsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin tələbələri, Naxçıvan Dövlət Filarmoniyasının solistləri iştirak ediblər.
Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Elman Əliyev çıxış edərək, muxtar respublikada muğam sənətinin yaşadılması istiqamətində görülən ardıcıl tədbirlərdən söhbət açıb.
Nuriyyə Hüseynova bildirib ki, muğam yalnız dünənin və bugünün deyil, həm də gələcəyin musiqisidir. O, muğam ifaçılarının beynəlxalq festivallarda iştirak etdiyini, Azərbaycan muğam sənətinin dünyanın hər yerində insanlar tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Naxçıvan Musiqi Kolleci tələbələrinin ifalarından sonra Nuriyyə Hüseynova səs diapazonuna uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu, ifa zamanı tənəffüs orqanlarının fəaliyyətinin düzgün tənzimlənməsi ilə bağlı tövsiyələrini verib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar