Dekabrın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Tədbirdə sənətkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açılacaq, repertuarından seçilmiş mahnılar səsləndiriləcək.
Sənətkar ifa etdiyi mahnılarla Azərbaycanı dünyaya tanıdıb, adını milli musiqi tarixinə qızıl hərflərlə yazdırıb. Qərinələr, əsrlər ötəcək, amma Rəşid Behbudov sənətinə sevgi və məhəbbət heç vaxt azalmayacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar