Azərbaycan Milli Konservatoriyasında norveçli Elen Kaavenin etno qrupunun konserti keçirilib.
Əvvəlcə konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen ölkələrimiz arasında mədəni əlaqələrdən söz açıb. Bildirib ki, belə mədəni proqramlar bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Sonra konsert proqramı təqdim olunub. Tanınmış musiqiçi Elin Kaavenin ifa etdiyi "Tree dance", "Ulda allures", "Lynxie", "Gothla", "Heart light", "Demure" və s. mahnılar dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Onu gitarada Viktor Bomstad müşayiət edib.
Tədbirin sonunda konservatoriyanın müəllim və tələbələri ilə norveçli musiqiçilərin birgə ifası daha böyük marağa səbəb olub. Şəhriyar İmanov (tar), Mirələm Mirələmov (vokal), Zülfüqar İsmayılov (tar), Kamran Kərimov (nağara), eləcə də Elin Kaaven və Viktor Bomstadın ifasında orijinal musiqi kompozisiyası təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar