Noyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli gürcü bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Giya Kançeli ilə görüş keçirildi. Tədbiri qurumun sədri, Xalq artisti, prosessor Firəngiz Əlizadə açaraq qonağı təqdim etdi.
Bildirdi ki, Giya Kançeli 1935-ci ildə Tbilisidə anadan olub. 1995-ci ildən Belçikada yaşayır. O, ən məşhur gürcü bəstəkarlarından biridir. Yazdığı simfonik əsərlər və filmlərə bəstələdiyi musiqilər rəğbətlə qarşılanıb. Sənətkar “Qəm eləmə”, “Küp”, “Mimino”, “Xanuma” kimi məşhur film və tamaşalara yazdığı musiqilərlə bütün SSRİ-də tanınıb. Bəstəkarı Azərbaycanla da mənəvi tellər bağlayır. O, rejissor Vaqif Mustafayevin “Milli bomba” filminə də musiqi bəstələyib.
Sonra söz bəstəkar Giya Kançeliyə verildi. O, Gürcüstan və Azərbaycanda musiqi sənəti barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, bu gün Gürcüstanda gənclərin musiqiyə, xüsusilə də bəstəkar olmağa marağı zəifdir. Azərbaycan gənclərində bu maraq daha yüksəkdir. Azərbaycanda musiqi üzrə iki ali təhsil ocağının - Musiqi Akademiyası və Milli Konservatoriyanın olması da buna sübutdur.
Görüşdə Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, bəstəkarlar iştirak edirdi. Sonda tədbir iştirakçıları noyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında Giya Kançelinin 80 illik yubileyi münasibətilə keçiriləcək konsertə dəvət olundular.
Savalan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar