Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq artisti, professor Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.
2, 4 və 5 dekabr tarixində bu münasibətlə silsilə konsertlər təşkil olunacaq. Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək musiqi axşamlarında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Teymur Göyçayev), Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) geniş konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, Dadaş Dadaşov “Rənglər” vokal silsiləsi, “Qanun və piano üçün poema”, “Simli trio”, “Simli kvartet üçün poema” instrumental əsərlər, xalq çalğı alətləri orkestri üçün “5 saylı süita”, simli orkestr üçün “2 saylı simfoniya”, nəfəsli orkestr üçün “Zəfər marşı” və s. əsərlərin müəllifidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar