Xalq artisti, bəstəkar Dadaş Dadaşovun 80 illiyinə həsr edilmiş festival

Dekabrın 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti, professor Dadaş Dadaşovun 80 illiyinə həsr edilmiş musiqi festivalının açılışı keçirildi.

Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova bəstəkarı yubileyi münasibətilə təbrik etdi, ömür yolundan və yaradıcılığından söz açdı. Bildirdi ki, müxtəlif janrlarda bir-birindən dəyərli əsərlər yaradan bəstəkar 1954-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində tanınmış musiqiçi və pedaqoq Adil Gərayın tar sinfini bitirib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirib.
Yaradıcılığa 60-cı illərdə başlayıb. 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsinin xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib. 2005-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Bəstəkarın ilk irihəcmli əsəri diplom işi kimi bəstələdiyi “Azərbaycan” simfonik poemasıdır. Bu əsərdə vətənə, millətə olan böyük sevgidən bəhs edilir. Əsərin 1965-ci ildə “Zaqafqaziya musiqi baharı” festivalında səslənməsi müəllifə böyük uğur gətirir, yaradıcılığında yeni bir cığır açır. Simfonik poemanın uğurdan ruhlanan musiqiçi digər janrlarda da özünü sınayır, maraqlı əsərləri bir-birinin ardınca konsert salonlarında səslənir. 1999-2006-cı illərdə Türkiyədə pedaqoji fəaliyyət göstərən bəstəkar 2006-cı ildən Milli Konservatoriyada dərs deyir.
Bəstəkar “Rənglər” vokal silsiləsi, “Qanun və piano üçün poema”, “Simli kvartet üçün poema” instrumental əsərlərin, xalq çalğı alətləri orkestri üçün “5 saylı süita”, Böyük Vətən müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə ithaf etdiyi “1 saylı simfoniya”, simli orkestr üçün “2 saylı simfoniya”, nəfəsli orkestr üçün “Zəfər marşı”, “Təyyarəçilər marşı” və s. musiqi əsərlərinin müəllifidir.
Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Festivalın ilk günü Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında sənətkarın fortepiano üçün prelüd, rənglər vokal silsiləsi və skertso (“Çinarənin sevinci”) əsərləri səsləndi.
Qeyd edək ki, sənətkarın 80 illiyinə həsr olunmuş festival konsertləri dekabrın 5-dək davam edəcək.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar