Xocavənd Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Dağlıq Qarabağ” instrumental musiqi qrupu Beyləqan qarnizonunun şəxsi heyəti qarşısında konsert proqramı ilə çıxış edib. Tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, hərbi hissənin şəxsi heyəti ilə yanaşı, rayon rəsmiləri, keçmiş Beyləqan taborunun üzvləri və Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Müdafiə naziri Zakir Həsənov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.
Xocavənd Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ramiz Balakişiyev və digər görüş iştirakçıları çıxış edərək Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordu quruculuğu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konsert proqramında hərbçilərimizin döyüş əzmini artıracaq musiqilər səsləndirilib. Musiqi qrupunun çıxışı böyük rəğbətlə qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar