Noyabrın 30-da Özbəkistanın paytaxtı Daşkənddə "İstedad" beynəlxalq yaradıcılıq müsabiqəsi başa çatıb. "Kainat" Gənclik Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə bu layihədə Azərbaycan da təmsil olub. Öz məharəti ilə geniş tamaşaçı kütləsini valeh edən 12 yaşlı muğam ifaçısı Murad İbrahimov münsiflər heyətinin yekdil qərarı ilə ənənəvi musiqi nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Müsabiqənin yekununda təmsilçimiz ansamblın müşayiəti ilə "Qarabağ şikəstəsi"ni məharətlə ifa etməklə auditoriyanı ayağa qaldırıb.
Xatırladaq ki, Murad "Kainat" Gənclik Mərkəzinin bu yaxınlarda keçirdiyi 7-ci Beynəlxalq Uşaq Muğam Festivalının "Qran-pri" mükafatçısıdır.
Daşkənddəki yaradıcılıq müsabiqəsində digər təmsilçimiz Mədinə Ağayeva fortepiano sinfi üzrə xüsusi diplomla təltif olunub.
Azərbaycanın gənc istedadlarının uğuru yerli media tərəfindən də geniş işıqlandırılıb. Nümayəndə heyətimiz festival çərçivəsində təşkil olunan ustad dərslərində də fəal iştirak edib. Festivalın bağlanış mərasimində beynəlxalq tərkibli münsiflər heyəti adından Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Kainat" Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar