“Bakı Metropoliteni” QSC son dövrlərdə həyata keçirdiyi sosial layihələrlə ictimaiyyətin diqqətini çəkir. Bir neçə ay öncə rəsm və foto əsərlərin sərgisi təşkil olunmuş metropolitendə bu dəfə canlı musiqi səsləndirilir. Layihənin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə verərək, bu hadisəyə ictimaiyyətin diqqətini cəlb etmək və sərnişinlərə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş etməkdir.
Hər həftənin cümə və şənbə günləri olmaqla, layihə dekabr ayının sonuna kimi davam edəcək. Cümə günləri “28 May”, şənbə günləri isə “İçərişəhər” metro stansiyalarında Azərbaycan Milli Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının ifasında sərnişinlərə canlı musiqi nümunələri təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar