Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mədəniyyət müəssisələrinin, özfəaliyyət işinin, milli musiqi və folklor janrının inkişaf etdirilməsi məqsədilə paytaxtın musiqi kollektivlərinin festivalına start verilib.
İdarədən bildirilib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festivalın seçim mərhələsi dekabrın 14-də Badamdar qəsəbə Mədəniyyət evində keçirilib. İlk seçim turunda 12 mədəniyyət müəssisəsindən 15 musiqi kollektivi çıxış edib.
Qeyd edək ki, festivala ümumilikdə 41 mədəniyyət müəssisəsindən 46 musiqi kollektivi qatılıb. Seçim mərhələsi dekabrın 16-dək Mərdəkan Mədəniyyət sarayında davam edəcək. Festival dekabrın 28-də yekunlaşacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar