Yaponiyanın “VA-LİQA” musiqi qrupu İsmayıllıda çıxış edib

Yaponiyanın “VA-LİQA” musiqi qrupu İsmayıllı rayonunun qonağı olub. Mədəniyyət mərkəzində zəngin repertuarlı konsert proqramı ilə çıxış edən qrup böyük maraqla qarşılanıb.
Yaponiyanın Azərbaycandakı səfirliyinin və JTİ şirkətinin təşkilatçılığı ilə gerçəkləşən bu səfər Odlar yurdu ilə Gündoğar ölkə arasında qarşılıqlı əlaqələrin və dərinləşməkdə olan dostluq münasibətlərinin bəhrəsidir. Qeyd edək ki, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında artıq bir neçə ildir dostluq münasibətləri mövcuddur və xüsusən məktəblilərin, mədəniyyət işçilərinin qarşılıqlı səfərləri bu münasibətləri daha da möhkəmləndirir.
“VA-LİQA” musiqi qrupunun təqdim etdiyi konserti 300 nəfərədək tamaşaçı izləyib. Yapon musiqiçilərinin ifasında səsləndirilən “Ho-İ Ho-İ” mahnısı ilə Azərbaycanın məşhur “Sarı gəlin” mahnısının sintezi isə iştirakçılar tərəfindən xüsusilə rəğbət qazanıb. Yapon ifaçılar “Sarı gəlin”in ritmində “Ho-İ Ho-İ” mahnısını oxuyublar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar