Dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun (1935-2011) 80 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Gecədə mərhum sənətkarın yaxınları, sənət dostları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konsert Qədir Rüstəmovun yanğılı ifasında "Sona bülbüllər" mahnısının səslənməsi ilə başlayıb.
Tədbirin aparıcısı, yazıçı-publisist Mustafa Çəmənli Qədir Rüstəmovun həyat yolundan və Azərbaycan ifaçılıq sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb: "Qədir Rüstəmovun ailəsində gözəl səsi olanlar çox olub. Mərhum özünəməxsus adam idi. Xarakteri etibarilə heç kimə boyun əyməyən, söz götürməyən adam idi. Onun bənzərsiz ifasını Xan Şuşinski bəyənib, qiymət verib, səsini Cabbar Qaryağdıoğlunun səsinə bənzədib".
Sonra konsert proqramı Xalq artisti Nəzakət Teymurova, gənc xanəndələr - Eldəniz Məmmədov, Mustafa Mustafayev və Kamilə Nəbiyevanın çıxışları ilə davam edib.
Qeyd edək ki, vaxtilə unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz Qədir Rüstəmovun ifası ilə yenidən həyat qazanıb. O, son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar