Dekabrın 23-də paytaxtın Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbində görkəmli müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə Rəşid Behbudovun ailə üzvləri, respublikanın tanınmış incəsənət xadimləri, Səbail Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Xalq artisti, dirijor Rauf Abdullayev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Rəşid Behbudovun qızı Rəşidə Behbudova dünya şöhrətli müğənni haqqında xatirələrini söyləyiblər.
Məktəbin xalq çalğı alətləri orkestri (rəhbər - K.Hüseynov), birləşmiş xor kollektivi (xormeyster - S.Göyçayskaya), skripkaçılar ansamblı (rəhbər - Y.Rzaquliyeva) rəngarəng proqram təqdim ediblər. Şagirdlərin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından səhnə, vokal partiyalar, müxtəlif alətlərdə səslənən musiqi əsərləri, Rəşid Behbudovun repertuarından mahnılar dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva qonaqlara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar