Abşeron rayonu Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi Gürcüstanda səfərdə olub. Məktəbin şagirdləri Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə çıxış edən muzeyin elmi işçisi Leyla Əliyeva deyib ki, dünyanın hər yerində olduğu kimi, bu bayram Gürcüstanda da geniş qeyd olunur. Muzey ilə musiqi məktəbi arasında əldə olunmuş razılığa əsasən bu il Xırdalan məktəbliləri gürcüstanlı gənclər qarşısında çıxış edirlər.
Musiqi məktəbinin direktoru İkram Manafov deyib ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanın müxtəlif musiqi məktəbləri və kollektivləri ilə əlaqələr yaradılıb və kollektiv üçüncü dəfədir ki, Gürcüstana səfər edir. Direktorun sözlərinə görə, hər səfər yeni əlaqələrə zəmin yaradır. Kollektiv Tbilisinin Xaşuri rayonunda da konsert proqramı ilə çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar