2016-cı ilin may-iyun aylarında Fransada yaşayan həmyerlimiz Adilə Əliyevanın adına pianoçuların 9-cu beynəlxalq müsabiqəsi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərində beş gün davam edəcək müsabiqəyə tanınmış mədəniyyət xadimlərinin qatılacağı gözlənilir. Musiqi tədbirinin keçiriləcəyi ərəfədə Azərbaycanın tarixi-mədəni irsindən bəhs edən sərginin də keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, Adilə Əliyeva Bakıda anadan olub, sonradan Moskvaya köçərək P.Çaykovski adına Dövlət Konservatoriyasını bitirib. 25 ilə yaxındır ki, Fransada yaşayan soydaşımız 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-diski işıq üzü görüb. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Azərbaycanlı pianoçunun şərəfinə müsabiqə ənənəvi olaraq iki ildən bir keçirilir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar