Tanınmış azərbaycanlı pianoçu İslam Manafovun övladları, beynəlxalq müsabiqələr laureatları, pianoçu-bəstəkar və hazırda məşhur italyan maestro Antonio Pirollinin sinfində orkestr dirijorluğu üzrə təhsil alan Abuzər və Turan Manafzadələr 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İstanbulda konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Manafzadələr əvvəlcə böyük polyak bəstəkarı F.Şopenin piano üçün solo əsərlərini, daha sonra isə bir piano arxasında ikisi bərabər alman bəstəkarı Y.Bramsın 4 əllə çalmaq üçün bəstələdiyi macar rəqslərini səsləndiriblər.
Sonra Manafzadələr öz bəstələri ilə səhnəni canlandırıblar. Öz mahnılarını pianoda ifa edən Turan Manafzadə həm də məlahətli səsi ilə tamaşaçılara xoş anlar bəxş edib.
Sonda İslam Manafov və övladları bir pianoda 3 nəfər birlikdə ifa edərək konserti möhtəşəm bir çıxışla başa vurublar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar