1990-cı illərin əfsanəvi rok qrupu olan “Nirvana”nın solisti Kurt Kobeynin jaketi “Rock ‘N’ Roll” hərracında 137 min dollara satılıb. Qrupun fanatlarına yaxşı tanış olan bu jaketi Kobeyn 1993-cü ildəki “Unplugged” konsertində geyinib.
Düyməsi qırılmış, yanıb deşilmiş və rəngi solmuş nimdaş jaketə ilkin olaraq 40-60 min dollar qiymət qoyulmuşdu. Hər hansı başqa hərracda belə qüsurlar əşyanın dəyərinin enməsinə səbəb olardı. Lakin bu əlamətlər “Nirvana” fanatlarının gözündə jaketin dəyərini daha da artırıb.
Kobeyn “Unplugged” konsertindən beş ay sonra vəfat edib və jaketin belə baha qiymətə satılmasına əsas səbəb məhz bu olub.
Hərracda həmçinin “Beatles” qrupunun ifaçısı Con Lennonun akustik gitarası 2,4 milyon, Elvis Preslinin Valium sakitləşdiricisi isə 6,5 min dollara satılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar