Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidməti qurumun 2016-cı ilin ilk yarısı üçün bir sıra tədbirlər planı haqqında məlumat yayıb. Tədbirlər sırasında tanınmış bəstəkarların bu il qeyd olunacaq yubileyləri də yer alıb.

Yanvarın 29-da M.Maqomayev adına Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi Mobil Babayevin 70 illiyinə həsr olunan simfonik və oratoriya musiqisi konserti keçiriləcək. Fevralın 5-də Qara Qarayevin doğum günündə Azərbaycan Bəstəkarlar İttifaqının katibliyinin təntənəli toplantısı keçiriləcək, həmin gün axşam isə Dövlət Filarmoniyasında dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək.
İl ərzində bəstəkarlar, əməkdar incəsənət xadimləri Həsən Adıgözəlzadə, Azər Dadaşov, Tahir Əkbərin 70 illik yubiley tədbirləri nəzərdə tutulub. Həmçinin əməkdar incəsənət xadimləri Qəmbər Hüseynli, Zakir Bağırov və Ədilə Hüseynzadənin 100 illiyinə həsr olunan yubiley tədbirlərinin keçirilməsi də gözlənilir.
Bununla yanaşı, aprel ayında Gənc Bəstəkarların Musiqi Plenumunun keçirilməsi planlaşdırılır. Plenum çərçivəsində üçgünlük festival keçiriləcək, o cümlədən dinləmə və diskussiyalar təşkil olunacaq. İlin birinci yarısına dair tədbirlər planı “İpək Yolu” VII Şəki Beynəlxalq Musiqi Festivalı ilə yekunlaşacaq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar