Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib, onun müasir Azərbaycan estrada musiqisinin banilərindən olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda mahnı janrının inkişafında müstəsna rol oynamış Tofiq Quliyevin yaratdığı əsərlər bu gün də dillər əzbəridir, Azərbaycanda və ölkə hüdudlarından kənarda sevilərək dinlənilir.
“Mədəniyyətlərin görüşmə məkanı” ictimai qurumunun idarə heyətinin üzvü və musiqi direktoru Fərəh Tahirova bəstəkarın yaradıcılığının bədii məziyyətləri barədə ətraflı danışıb. O, Tofiq Quliyevin XX əsrdə Azərbaycanın musiqi sənətinin inkişafındakı rolundan, respublikamızda ilk estrada orkestrinin yaradıcısı kimi müasir Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs edib.
Konsertdə görkəmli opera müğənniləri, xalq artistləri, dövlət mükafatları laureatları Fidan və Xuraman Qasımova Tofiq Quliyevin repertuarından mahnılar ifa ediblər. Fortepianoda onları Nigar Məlikova müşayiət edib.
Görkəmli bəstəkarın məşhur “Azərbaycan”, “Bakı”, “Axşam mahnısı”, “Dostluq mahnısı”, “Qızıl üzük” mahnıları, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Konsertdə Tofiq Quliyev haqqında çəkilmiş sənədli filmlərdən süjetlər, onun canlı fortepiano ifaları, ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin 80 illik yubileyində bəstəkar haqqında söylədiyi fikirlərin əks olunduğu kadrlar nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar