Oktyabrın 22-23-də Moskvada vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək. Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkil etdiyi ənənəvi müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində gerçəkləşəcək.
Müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında peşəkar ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar.
Fondun saytında yer alan məlumata görə, ilkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilib. Müsabiqənin hər iki turu simfonik orkestrin müşayiəti ilə aparılacaq. Bütün ifalarda canlı səs və musiqi tələb olunur.
Müsabiqənin “Qran-pri” mükafatı 30 min dollar məbləğindədir. 1-ci, 2-ci və 3-cü yerlər üçün qızıl, gümüş, bürünc medallar və müvafiq olaraq 25, 15 və 10 min dollar pul mükafatı nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar