Yanvarın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyi ilə əlaqədar Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestrinin konserti oldu. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.
Proqramda Üzeyir Hacıbəylinin “Cəngi”, Fikrət Əmirovun “Oxatanların rəqsi”, Vasif Adıgözəlovun “Qərənfil”, Tofiq Quliyevin “Bakı haqqında mahnı” və digər görkəmli bəstəkarların əsərləri səsləndirildi. Solistlər Toğrul Abbasov, Cahangir Əliyev, Lalə İbrahimova və başqaları idi. Orkestrin çıxışı böyük maraqla qarşılandı.
Dövlət Uşaq Filarmoniyası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil edilib. Bu illər ərzində Uşaq Filarmoniyasında xalq çalğı alətləri, folklor rəqs qrupu, kamera, nəfəs alətləri orkestri, xor kollektivi və “Aysel” musiqi teatrı yaradılıb.
Bakının müxtəlif musiqi məktəblərindən seçilən 50 şagirdin yer aldığı xalq çalğı alətləri orkestri 2009-cu ildə fəaliyyətə başlayıb. Ötən müddətdə uşaqların yarıdan çoxu respublika müsabiqələrinin qalibi olub, 7 nəfər Prezident təqaüdünə layiq görülüb.

Rəsul







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar