Amerikalı musiqiçi, şair və yazıçı Bob Dilan 2016-cı il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Bu barədə İsveç Akademiyasının daimi katibi Sara Danius mətbuat konfransında məlumat verib. Qeyd olunub ki, Bob Dilan yaradıcılığı ilə Amerika musiqi ənənəsində yeni poetik ifadələr yaratdığına görə bu mükafata layiq görülüb.
Məşhur rok musiqiçisi Bob Dilan 1941-ci ildə anadan olub. 1960-cı illərdən sənət karyerasına başlayan musiqiçi mahnıları üçün yazdığı sosial-siyasi məzmunlu şeirləri ilə də tanınıb. Bir sıra mahnıları vətəndaş və insan haqlarının müdafiəsi, müharibə əleyhinə hərəkatın himninə çevrilib.
1994-cü ildən başlayaraq rəssamlıq və qrafika üzrə kitablar nəşr etdirib. Bob Dilanın albomlarının ümumi satış tirajı 100 milyon nüsxədən çoxdur. "Qremmi", "Qızıl qlobus", "Oskar" (2001, “Vunderkindlər” filminə saundtrek) mükafatlarına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar