Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert

Fevralın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim ediləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, “Vətəndən pay olmayır” adlı konsertdə xalq artistləri Ağadadaş Ağayev, Gülyanaq Məmmədova, Mübariz Tağıyev, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Mətanət İsgəndərli, Azad Şükürov (bədii qiraət), müğənnilər Samir Piriyev, Şəhla Həmidova, Nicat Cəfərzadə, Vüsalə Əsgərova, Rövşən Əziz və Xalq artisti Rauf Babayevin rəhbərliyi ilə “Qaya” dövlət ansamblı çıxış edəcək.
Müğənniləri səhnədə Tariyel Abbasovun rəhbərliyi ilə “Dan ulduzu” instrumental ansamblı və Asif Kərimovun rəhbərliyi ilə “Xaqan” instrumental ansamblı müşayiət edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar