Beynəlxalq Muğam Mərkəzi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə “Milli dəyərlərimizə hörmətlə” layihəsinə başlanılıb.
“ASAN xidmət”dən bildirilib ki, layihənin məqsədi Azərbaycan muğamının bölgələrdə daha dərindən öyrənilməsi və gənc nəsillərə təbliğidir.
Layihənin birinci konserti Gəncə şəhərində keçirilib. Beynəlxalq Muğam Mərkəzinin yaradıcı heyətinin konsert proqramı maraqla qarşılanıb. Solistlər Ehtiram Hüseynov, Nigar Şabanova və Ayşən Mehdiyevanın ifa etdiyi muğam, xalq mahnıları və təsniflər tamaşaçıların zövqünü oxşayıb.
“Milli dəyərlərimizə hörmətlə” layihəsi çərçivəsində Sumqayıt, Ağdaş, Sabirabad və başqa şəhərlərdə də konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar