Fevralın 13-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” sazişinin imzalanma mərasimi keçiriləcək.
Mərasimin rəsmi hissəsindən sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək. Filarmoniyanın nəzdində fəaliyyət göstərən rəqs ansamblı, xor kapellası və “Şəms” uşaq xorunun çıxışları olacaq.
Uşaq Filarmoniyasının rəqs ansamblında 4 yaşından 16 yaşınadək 250-dən çox uşaq məşğul olur. Ansambl bir çox müsabiqə və festivallarda mükafatlarla təltif olunub, laureat adına layiq görülüb. Dilarə Əliyevanın bədii rəhbəri və baş dirijoru olduğu uşaq xor kapellası müxtəlif illərdə ölkəmizdə və xaricdə (Parisdə, Strasburqda, Brüsseldə) konsert proqramlarında çıxış edib. “Şəms” uşaq xoruna 4-10 yaş arası uşaqlar qəbul olunur. Xorun repertuarına Azərbaycan, rus, alman və ingilis dillərində mahnılar daxildir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar