Fevralın 10-da Türkiyənin İstanbul şəhərindəki Yeldeyirmeni Sənət Mərkəzində həmyerlilərimiz, tanınmış gənc pianoçular Abuzər və Turan Manafzadələrin konserti olub. Konsertdə pianoçular həm solo, həm də birlikdə “4 əl əsərlər” ifa ediblər.
Qeyd edək ki, Abuzər və onun bacısı Turan azərbaycanlı pianoçu İslam Manafovun övladlarıdır. Onların hər ikisi peşəkar pianoçudur, hazırda dirijorluq üzrə təhsillərini davam etdirirlər. Eyni zamanda bəstəkarlıqla məşğul olur, müxtəlif janrlarda əsərlər yazırlar. Gənc Manafzadələr musiqi sahəsində bir sıra beynəlxalq mükafatlar qazanıblar. Musiqiçilər ailəsi olan Manafzadələr uzun illərdir İstanbulda yaşayır.
Soltan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar