Oktyabrın 11-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının ilk nəşrinin - “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı olub.
Kitablar seriyası AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanır. Kitabın tərtibçiləri və nəşrə hazırlayanlar Nikpur Cabbarlı və Şamil Vəliyevdir.
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq nəşr edilən kitabda görkəmli dövlət xadimi, ədəbiyyatşünas və publisistin mühacirət dövrü yaradıcılığı yer alıb. Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, dosent Nikpur Cabbarlı, türkiyəli alim, professor Yavuz Akpınar, Azərbaycan mühacirət irsinin tədqiqatçısı Ramiz Abutalıbov, filologiya elmləri doktoru Abid Tahirli və digər çıxış edənlər “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından kitabların nəşrini yüksək dəyərləndiriblər.
Bildirilib ki, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”ndan növbəti nəşr kimi Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar