Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova Belçikada keçirilən “Gənc pianoçuların 13-cü beynəlxalq müsabiqəsi”ndə (“13th rencontres Internationales des Jeunes Pianistes”) birinci yerə layiq görülüb.
Müsabiqə EPTA - Avropa Fortepiano Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib. EPTA 1978-ci ildə Londonda yaradılıb və hazırda Avropanın 42 ölkəsi bu qurumun üzvüdür.
Müsabiqədə 21 ölkədən 54 gənc pianoçu öz istedadını nümayiş etdirib. Leyla Zeynalova II yaş qrupunda İ.S.Bax, V.A.Motsart, F.Şopen, S.Prokofyev və Slonimskinin əsərlərini peşəkarlıqla ifa edərək uğur qazanıb.
Xatırladaq ki, 2014-cü ilin oktyabrında ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, L.Zeynalovanın adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, xüsusi təqaüdə layiq görülüb. Gənc pianoçumuz 2015-ci ildə “Young musician - Tallinn 2015” adlı beynəlxalq müsabiqədə iştirak edərək “Qran-pri” mükafatını qazanıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar