Təbrizdən olan tanınmış muğam ifaçısı, Bakıda keçirilən muğam televiziya müsabiqəsinin qalibi Nasir Ətapurun “Təbriz” muğam ansamblının Avropa konsertləri davam edir. Bununla bağlı qəzetimizə məlumat verən ansamblın üzvü, balaban ifaçısı Əkbər Sərbazi fevralın 15-də Almaniyanın paytaxtı Berlində ilk konsertin uğurla keçdiyini bildirib. Növbəti konsertlər isə fevralın 18-də Hamburqda və fevralın 24-də isə Avstriyanın paytaxtı Vyanada baş tutacaq.
Nasir Ətapuru tarda Oqtay Sədi, kamançada Afşin Ələvi, dəfdə Həsən Sədat, balabanda Əkbər Sərbazi müşayiət edirlər.

Soltan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar