Fevralın 17-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, UNESCO üzrə Azərbaycan Milli Komissiyası ilə birgə “Məktəblinin musiqi elektron kitabxanası”nın təqdimatı keçiriləcək.
Akademiyanın mətbuat xidmətindən bildirilib ki, ölkəmizdə ilk dəfə olaraq UNESCO üzrə Milli Komissiyanın dəstəyi ilə “Musiqi dünyası” jurnalının mütəxəssisləri tərəfindən musiqi və ümumtəhsil məktəbləri üçün “Məktəblinin musiqi elektron kitabxanası” hazırlanıb. Elektron kitabxana İKT-nin ən son nailiyyətlərindən istifadə etməklə, multimedia formatındadır. Yeni sistem elektron sənədlərin rəngarəng kolleksiyaları - mətn, qrafika, audio-video informasiyaları istifadəçi üçün rahat, anlaşıqlı şəkildə, qlobal məlumat ötürmə şəbəkələri vasitəsilə qayğı ilə qorumağa və effektli istifadə etməyə imkan verir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar