Məlum olduğu kimi, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Ölkəmizdə tarixən sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayan ayrı-ayrı millətlərin nümayəndələri mədəniyyət, musiqi və təhsil sahəsində Azərbaycanın inkişafı naminə böyük işlər görüblər. Bunu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunub saxlanılan tarixi sənədlər də sübut edir. “Multikulturalizm ili” ilə əlaqədar muzey də silsilə tədbirlər keçirməyi planlaşdırır.
Fevralın 23-də muzeydə tanınmış pianoçu, pedaqoq, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru İvetta Qriqoryevna Plyamın xatirə gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə İ.Plyamın həyat və fəaliyyəti haqqında danışılacaq, 35 saylı musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim ediləcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar