Fevralın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin şagirdləri Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert proqramı ilə çıxış etdilər. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə dahi Üzeyir bəyə ithaf olunan silsilə konsert proqramları və tədbirlərin əhəmiyyətindən danışdı.
Qeyd etdi ki, bu mövzuda keçirilən konsert proqramları gənclərin estetik tərbiyəsinə müsbət təsir göstərir. Eyni zamanda onların professional musiqiçi kimi yetişməsinə yardımçı olur. Firəngiz Əlizadə bu qəbildən tədbirlərin keçirilməsinin milli musiqimizlə yanaşı, görkəmli bəstəkarlarımıza ehtiramın bariz nümunəsi olduğunu diqqətə çatdırdı.
Sonra R.Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri, “Arşın mal alan” musiqili komediyasından Əsgərin və Gülçöhrənin ariyaları, “Sevgili canan”, “Aşıqsayağı”, habelə Vasif Allahverdiyevin “Qarabağ balladası” əsərləri ifa olundu.
Balaca ifaçıların çıxışları sürəkli alqışlarla qarşılandı.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar