Fevralın 23-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Georgi Şaroyev adına 35 saylı uşaq musiqi məktəbi ilə birlikdə pianoçu, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru İvetta Qriqoryevna Plyamın xatirə gününə həsr olunmuş görüş keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Sonra G.Şaroyev adına 35 saylı musiqi məktəbinin direktoru, Əməkdar müəllim Yusif Vəliyev çıxış edib.
Məktəbin müəllimi, musiqişünas Nüşabə Quliyeva İvetta Plyamın Azərbaycan musiqi mədəniyyəti sahəsində xidmətləri, yaradıcılıq yolu, pedaqoji fəaliyyəti haqqında danışıb. Muzeyin materialları əsasında slayd-şou, İvetta Qriqoryevnanın ailəvi arxivindən, o cümlədən İsraildə yaşayan oğlu Qriqori Reyxman tərəfindən çəkilmiş şəkillər nümayiş olunub.
Tədbirdə İ.Plyamın tələbələrindən olmuş bəstəkar Elnarə Dadaşova, Bakı Musiqi Akademiyasının (BMA) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Nəzakət Ramazi, Gennadi Gelman çıxış edib. “Bakinski raboçi” qəzetinin jurnalisti Firəngiz Xancanbəyova İ.Plyamın arxivindən bəzi materialları muzeyə hədiyyə edib.
Nəzakət Ramazi və BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Kibirlinskaya (fortepiano dueti), BMA-nın II kurs tələbələri - beynəlxalq müsabiqələr laureatı Cavid Əzizov, Vüsal Aydəmirov (fortepiano dueti), G.Şaroyev adına musiqi məktəbinin şagirdlərinin Gülnaz Eldarlı, Səbinə Eldarlı, Məryəm Vəliyeva, beynəlxalq müsabiqələr laureatları Nəriman Əmiraslanov, Həşim Həşimov, Maqsud Musazadənin (fortepiano) ifalarında rəngarəng konsert proqramı səslənib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar