Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad mərkəzi” Beynəlxalq Muğam Mərkəzində konsert təqdim edib.
Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə Bakı şəhəri uşaq musiqi və incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin ifasında Arif Məlikov, Cahangir Cahangirov, Frederik Şopen, Pyotr Çaykovski və Dmitri Kabalevski kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Müxtəlif musiqi alətlərində məharətlə ifa edən uşaqlar və gənc vokal ifaçıları konsert proqramına xüsusi rəng qatıb.
Qeyd edək ki, “İstedad mərkəzi” 2014-cü ildən uğurla fəaliyyət göstərir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar