Fevralın 29-da Bakıda Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində məşhur ispan violonçelisti Pablo Kazalsın 140 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, İspaniya səfirliyinin müvəqqəti işlər üzrə vəkili Jose Luis Diez Juarez və xanımı iştirak edib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Şeyla Heydərova Pablo Kazalsın həyat və yaradıcılığı, dünya mədəniyyətinə töhfələri barədə məlumat verib. Qeyd edib ki, ispaniyalı musiqiçi Leopold və Mstislav Rostropoviçlərlə yaxın dost olub.
L.Rostropoviçin görkəmli musiqiçi kimi formalaşmasında P.Kazalsın rolu böyük olub. O, Paris Konservatoriyasında təhsilini davam etdirərkən eyni zamanda P.Kazalasdan ustad dərsləri alıb.
Muzeyin direktoru Mstislav Rostropoviçin sənətkarla görüşləri, yaradıcılıq münasibətləri haqqında da danışıb. Qeyd edib ki, P.Kazals M.Rostropoviçi özünün “musiqi nəvəsi” adlandırmışdır.
Tədbirə qonaq qismində İtaliyanın Breşia (Bresçia) Konservatoriyasının opera sənəti üzrə professoru Vittoria Likari (vokalist), konservatoriyasının professoru, “Silenus Ensemble”nin bədii rəhbəri, violonçel ifaçısı Klaudio Marini də dəvət olunmuşdu.
Klaudio Marini Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundovanın fortepianoda müşayiəti ilə Arif Məlikovun “Kombenin arzuları” əsərini ifa edib. Əməkdar artist A.Miltıx, Bakı Musiqi Akademiyasının məzun və tələbələri, habelə Bakı musiqi məktəblərinin şagirdləri E.Qriq, R.Şuman və D.Şostakoviçin əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda Ş.Heydərova “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” adlı not kitabını K.Mariniyə hədiyyə edib.
Muzeydə təşkil edilmiş P.Kazalsın həyat və fəaliyyətindən bəhs edən ekspozisiya ilə tanışlıq qonaqların böyük marağına səbəb olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar