Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva martın 15-də Moskvada P.Çaykovski adına konsert zalında “Rusiyanın qızıl səsləri” adlı konsertdə çıxış edəcək. Sənətçi konsertdə Aleksey Markovla (bariton) birgə səhnəyə çıxacaq.
Konsertdə Cakomo Puççini, Rucero Leonkavallo, Cüzeppe Verdi və Umberto Cordanonun əsərləri səsləndiriləcək. Rusiya Milli Filarmonik Orkestrinə Almaniyadan Ken-David Mazur dirijorluq edəcək.
Dinara Əliyeva (soprano) 2009-cu ildən Rusiyada “Bolşoy Teatr”ın solistidir. İtaliya, Fransa, Yunanıstan, Çexiya, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” musiqi festivalı keçirilib. Vokalçı fərqli janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalarda ariyalardan romans və cazadək müxtəlif əsərləri ifa edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar