Artıq üçüncü həftədir ki, Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Novruz bayramına həsr edilmiş konsertlər təşkil olunur.
Martın 8-də Yel çərşənbəsinə və 8 Mart - Beynəlxalq qadınlar Gününə həsr edilmiş muğam gecəsi keçirilib.
Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə təşkil olunan konsertdə televiziya muğam müsabiqəsinin laureatları, gənc xanəndələr Malik Həsənov və Kamilə Nəbiyeva çıxış ediblər.
Hər iki xanəndə gənc olsa da, sənətdə uğurlar qazanıb. Onlar ölkəmizdə təşkil olunan konsertlərlə bərabər, xaricdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edirlər.
Muğam gecəsi həmişəki kimi, bu dəfə də anşlaqla keçib. Xanəndələri Ayaz İmranov (tar), Şəhriyar Musayev (kamança), Humay Abbasova (qanun), İdris Tağıyev (balaban), İdris Hüseynov (ud) və Soltan Əliyevdən (nağara) ibarət musiqiçilər heyəti müşayiət edib. Malik Həsənov Əfrasiyab Bədəlbəylinin “Azad bir quşdum” əsərini, “Mirzəhüseyn segahı” muğamını, Fazilə Qaraxanqızının “Röyamdasan” kompozisiyasını və “Sarı bülbül” xalq mahnısını ifa edib.
Kamilənin ifasında səslənən “Bayatı-Şiraz təsnifi” və “Şur təsnifi” isə bütün dinləyicilərin ruhunu oxşayıb.
Sonda solistlər duet şəklində “Çahargah təsnifi” oxuyublar.
Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Torpaq çərşənbəsinə həsr edilmiş konsert olacaq. Bu dəfə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar