İsveçrənin Cenevrə şəhərindəki Vandovr Sarayında Fransada yaşayan həmyerlimiz, Əməkdar artist, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyevanın adını daşıyan gənc pianoçuların 10-cu beynəlxalq müsabiqəsi keçirilib.
Müsabiqənin fəxri prezidenti fransalı bəstəkar və dirijor Loran Petijirar olub.
Müsiflər heyətində bəstəkar Rodion Şedrin, Fransanın “Dofine Libero” qəzetinin baş redaktoru Katrin Ponse, Tokio və Monreal milli simfonik orkestrlərinin baş dirijoru Şarl Dütua, Polşa milli simfonik radio orkestrinin baş direktoru Joanna Vnuk Nazarava və başqaları yer alıb.
Həmyerlimiz Vurğun Vəkilov və Rumıniya təmsilçisi Botak Aleksandru-Kadmielm müsabiqənin laureatları olublar.
Müsabiqədə ilk yerləri tutanlara Parisdə yerləşən Alfred Corto adına Paris Musiqi Məktəbində pulsuz təhsil almaq üçün təqaüd ayrılıb.
Tədbirdə İsveçrə və Fransadan musiqişünaslar, incəsənət xadimləri, ölkəmizin Cenevrə və Bern şəhərlərindəki diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, 25 ilə yaxındır Fransada yaşayan Adilə Əliyeva 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan artıq kompakt-diskin müəllifidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar