Gəncə Musiqi Kollecinin “Gənc qığılcımlar” ansamblı bir çox müsabiqə və festivallarda fəxri yerlərə layiq görülüblər.
Ansamblın üzvləri martın 17-20-də Sankt-Peterburq şəhərində keçirilən “Neva damlası” uşaq və gənclərin V beynəlxalq yaradıcılıq festival-müsabiqəsində də uğurla iştirak ediblər.
Bədii rəhbəri Əməkdar artist Zərinə Allahverdiyeva olan skripkaçılar festival-müsabiqədə Qara Qarayevin “İldırımlı yollarla”, Fikrət Əmirovun “Min bir gecə” baletlərindən parçalar və Georgi Sviridovun “Vals”ını ifa ediblər və ifaçılar birinci dərəcəli diploma və kuboka sahib olublar. Həmçinin ansamblın iki üzvü müsabiqə-festivalın ən yaxşı skripkaçısı və konsertmeysteri diplomunu qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar