Respublikanın uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilir. 2015-ci il ərzində zonalar üzrə ümumilikdə 77 musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün müvafiq ixtisaslar üzrə ustad dərsləri keçirilib.
Bu iş cari ildə də davam etdirilir. Fevral ayında Lənkəran şəhərində Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayon uşaq musiqi və incəsənət məktəblərində ustad dərsləri təşkil edilib.
Martın 30-da isə Bakı və Xırdalan şəhərlərində paytaxtda, Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün fortepiano, violin, tar, kamança, xanəndəlik, musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib.
Dərsləri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Bakı şəhər R.Behbudov adına 2, R.Hacıyev adına 15, L. və M.Rostropoviçlər adına 21 nömrəli və Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəblərinin təcrübəli müəllimləri, tanınmış musiqiçilər aparıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar