Aprelin 30-da Türkiyənin İstanbul Universitetinin Dövlət Konservatoriyasının Simfonik Orkestrinin konserti keçiriləcək. Konsertdə böyük bəstəkar Fikrət Əmirovun “Nizami” simfoniyası ifa olunacaq. Əsər Türkiyədə ilk dəfə səslənəcək. Orkestri Türkiyədə yaşayan soydaşımız, Azərbaycanın Xalq artisti, dirijor Ramiz Məlikaslanov idarə edəcək. Dirijor konsertlə bağlı qəzetimizə bunları bildirib: “Mən Azərbaycan bəstəkarlarının əsərlərinə çox yer verirəm. F.Əmirovun “Nizami” simfoniyası mənim üçün çox dəyərlidir. Bu əsəri o, gəncliyində yazıb. Mən sağlığında Fikrət müəllimə söz vermişdim ki, bu əsəri ifa edəcəyəm, indi gec də olsa, sözümü yerinə yetirirəm”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar