Mədəniyyət və Turizm Nazirliyi respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir.
2015-ci il ərzində zonalar üzrə ümumilikdə 77 məktəbin müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança, saz, qarmon, xanəndəlik, musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri keçirilib. Bu il isə zonalar üzrə Lənkəran şəhərində (fevral) və Bakı və Xırdalan şəhərlərində (mart) uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün dərslər təşkil olunub.
Növbəti ustad dərsləri 29 aprel tarixində Şirvan şəhərində Hacıqabul, Saatlı, Sabirabad rayon və Şirvan şəhər uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün təşkil edilib. Fortepiano, kamança, musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları üzrə ustad dərslərini Qara Qarayev adına Mərkəzi İncəsənət və Bakı şəhər 3 saylı uşaq incəsənət, R.Behbudov adına 2, G.Şaroyev adına 35 saylı musiqi məktəblərinin təcrübəli müəllimləri aparıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar